Tag-rugby oyununun tarixi 1983-cu ildən Gibraltardan başlayır. İdman müxbiri Terri Qodvin qeyd edirdi, ki hərbi donanma qulluqçuları və yerli sakinlərin bu oyunu oynamasını görüb. Təbii ot örtüklü meydançaların olmaması rebinin yeni versiyasının yaradılmasına səbəb oldu ki bu oyunu gəmilərin göyərtələrində və ya sərt torpaq üzərində oynamaq mümkün oldu. 25 santimetrlik kəmər bel kəmərinə bərkidilirdi və həmin kəmərin “Tag” qışqırmaqla dartılması hücumun qarşısının alınmasına bərabər idi. Bir hücum ərzində 4 “tag” olduğu halda top digər komandaya keçirdi.

Tag-rugby oyunu hərbi gəmilərin göyərtələrindən və Gibraltar sahillərindən keçmiş hərbçi Barri Cons vasitəsi ilə İngiltərənin Plimut şəhərinə gəlib çıxdı. 1990-cı ildə bədən tərbiyyəsi müəllimi Nik leonard tərəfindən reqbinin yeni növü yayılmağa başladı. Cənubi afrikalı Robert Makdonald kəmərləri yapışqanlı lentlərlə əvəz edib və bu oyundan amerikan futbolun təmassız versiyası kimi istifadə etməyə başlayıb. Nik Leonard uşaqlar üçün əlverişli və maraqlı ola biləcək qaydalar toplusunu hazırlayıb və 1991-ci ildə tarixdə ilk dəfə Plimut şəhərində 8 məktəbin iştirakı ilə tag-rugby festivalını təşkil edib. Növbəti il komandaların sayı 20-yə çatdı. İndi isə həmin festivallarda 250-yə qədər məktəb iştirak edir.

1993-cü ildə tag-rugby Avstraliyada populyarlıq qazanmağa başlayıb və ilk tag-rugby liqasında 28 komanda iştirak etdi. Avstraliyadan dərhal sonra bu oyuna maraq Yeni Zelandiyada da yarandı.

2000-ci ildən etibarən tag-rugby İrlandiyada geniş populyrlıq qazandı və hal hazırda 30 min nəfərdən çox adam bu ölkədə tag-rugby oynayır və bu rəqəm getdikcə artır.

Azərbaycanda tag-rugby 2024-cü ildən oynanılmağa başlamışdır və əminliklə deyə bilərik ki bu oyun burada ən maraqlı və populyar oyuna çevriləcək.