Ölkəmizdə tag-rugby oyununu populyarlaşdırmaq və uşaq və yeniyetmələri asudə vaxtlarında idmana cəlb etmək məqsədi ilə “Məhəllə tag-rugby” layihəsinə start verdik.

Layihənin mərhələləri:

  1. Müəyyən kriteriyalar üzrə Bakı və Sumqayıt şəhərlərində məhəllələr seçilir;
  2. Sakinlərlə tag-rugby üzrə təqdimat məşqi və oyununun tarixi və vaxtı razılaşdırılıb təyin olunur;
  3. Qeyd olunan gün Azərbaycan Reqbi Federasiyasının əməkdaşları məhəllə uşaqları və yeniyetmələri üçün tag-rugby məşqini və oyununu təşkil edirlər;
  4. Uşaqlara reqbi “Tag”-ləri və topları hədiyyə olunur;
  5. Uşaqlar məhəllədə mütəmadi olaraq tag-rugby oynayırlar, ARF əməkdaşı ilə əlaqədə olub tövsiyyələr alırlar;
  6. Məhəllə komandası formalaşır və məhəllələr arasında keçirilən yarışlarda iştirak edir;
  7. Bu idman növü ilə məşğul olmaq istəyən uşaqlar peşəkar reqbi klublarında məşqlərə cəlb olunurlar