
"EAS"dən qələbə!
05.10.2024 tarixində Şamaxı Olimpiya Mərkəzində Azərbaycanda ilk dəfə yeniyetmə qızlar arasında tag-rugby yarışması keçirildi. Turnirdə Avropa Azərbaycan Məktəbi, Xəzər Universiteti Dünya məktəbi və Şamaxı Olimpiya Mərkəzinin qızlardan ibarət komandası iştirak etdilər.
Oyunların nəticələri:
Dünya 2-1 Şamaxı OM
Şamaxı OM 1-0 EAS
EAS 2-0 Dünya
Nəticədə hər üç komandanın topladığı xalların eyni olmasına görə məhsuldar cəhdlərin hesablanması zəruriyyəti yarandı. Bu göstərici üzrə EAS komandası yarışın qalibi oldu, Dünya məktəbi 2-ci, Şamaxı OM qızları isə 3-cü yeri tutmuşlar. Qızlarımızı baxımlı və əzmkar mübarizə münasibəti ilə təbrik edirik və gələcək oyunlarda müvəffəqiyyətlər arzu edirik!