
Məktəblilər Qobustanda
12.10.2024 tarixində Qobustan Olimpiya Kompleksində "tag-rugby" üzrə Məktəb Liqasının 2-ci turunun ilk oyunu keçiriləcəkdir. Qobustan şəhəri 1 nömrəli məktəbin komandası Bakının 3 nömrəli Uşaq evinin reqbiçilərini qəbul edəcəkdir. Oyun 11:00-da başlayacaq.
Qeyd edək ki ikinci turun daha bir oyunu bazar ertəsi, oktyabrın 14-ü Avropa Azərbaycan Məktəbinin idman zalında baş tutacaq. Yerli komanda Sumqayıt 10 nömrəli məktəbin kollektivi ilə qarşılaşacaq. Tura 16 oktyabr tarixində "Dünya Məktəbi"nin meydançasında yekun vurulacaqdır. Həmin gün meydan sahiblərinin rəqibi Sumqayıtın 29 nömrəli orta məktəbin şagirdləri olacaqdır.
Xatırladaq ki, ilk turdan sonra "Sumqayıt №10", "Dünya məktəbi" və "Sabir qəsəbəsi A. Alxanov" məktəblərinin komandaları lidirlik edirlər.