
3 №-li Uşaq evindən möhtəşəm start
Bugün Qobustan Olimpiya kompleksində eyniadlı şəhərin 1 nömrəli məktəb komandası Bakı 3 saylı Uşaq evinin reqbiçilərini qəbul edib. Ciddi mübarizə şəraitində keçən qarşılaşmada paytaxt təmsilçiləri bir məhsuldar cəhddə topu xüsusi zonaya endirməklə 2 xal qazanmağa nail olmaqla oyunu öz xeyirlərinə başa vurmağı bacarıblar - 0:2.
Bu, Uşaq evinin Məktəb Liqasında ilk oyunu idi. Belə ki, komanda ilk turu cədvələ əsasən buraxırdı. Səfərdə qazanılan 3 xal sayəsində Vaqif Səadətxanın yetirmələri turnir cədvəlində ikinci pilləyə yüksəliblər.
3 saylı Uşaq evi komandası üçüncü turda Şamaxı Sabir qəsəbəsi A. Alxanov adına orta məktəbin qonağı olacaqdır. Oyun 10 noyabr 2024-cü il tarixində 3-cü tur çərçivəsində baş tutacaqdır.