Bugün Sumqayıtda “tag-rugby” üzrə Məktəb Liqasının 2-ci turuna yekun vurulub. Yerli 29 nömrəli məktəbin komandası Bakını təmsil edən Dünya Məktəbinin reqbiçilərini qəbul edib və 10:5 hesabı ilə qələbə qazanıb. Maraqlıdır, ki “gənclər şəhəri”ni bu yarışda 2 məktəb komandası təmsil edir (10 və 29 nömrəli məktəblər) və 2 turdan sonra turnir cədvəlinin iki ən yüksək pilləsində məhz Sumqayıt komandaları qərarlaşıb.

 

3-cü turun oyunları 9 və 10 noyabr tarixlərində aşağıda qeyd olunan komandalar arasında keçiriləcəkdir:

“Avropa Azərbaycan Məktəbi” – Sumqayıt 29 nömrəli məktəb;

“Xəzər Universiteti Dünya Məktəbi” – Sumqayıt 10 nömrəli məktəb;

Şamaxı Sabir qəsəbəsi məktəbi – 3 saylı Uşaq evi.

Qobustan şəhər 1 nömrəli məktəbin komandası 3-cü turu buraxacaq.

Məktəb Liqasının “Play off” mərhələsi 2025-ci ilin iyun ayında keçiriləcək.