TAG-RUGBY QAYDALARI VƏ NECƏ OYNANILIR

Tag-Rugby ilə maraqlanırsız? Dostlarınız arasında bu yeni oyuna ilk qoşulan siz olun və komandanızı formalaşdırın! Tag-Rugby oynamaq və ondan həzz almaq üçün cəmi bir neçə qaydanı bilməyiniz kifayətdir.

QAYDALAR

- Oyunun məqsədi, oyun sonunda ən çox xal toplayan komanda olmaqdır.
- Topa sahib olan komanda hücum edən komandadır. Topsuz komanda müdafiə olunan komandadır.
- Hücum edən komanda topu cəhd zonasında və ya cəhd xəttinin üzərində yerə qoyduqda 1 xal qazanır.
- Qızlarla oğlanlar qarışıq heyətlərdə oynayarkən qız oyunçu topu cəhd zonasına çatdırıb yerə qoyduqda onun komandası 2 xal qazanır.
- Rəqib hücumunun qarşısını almaq üçün müdafiəçi topla irəliləyən rəqib oyunçunun belinə bərkidilən iki lentdən birini əli ilə qoparıb, onu yuxarı qaldırıb "Tag" qışqırmalıdır. Bundan sonra o lenti qopardığı nöqtədə yerə atıb komandası ilə birlikdə 3 metr məsafəsinə geriyə çəkilməlidir.
- Lenti qoparılmış oyunçu lenti yerdən qaldırıb, yenidən belində bərkidib həmin nöqtədən topu əli ilə komanda yoldaşına ötürməklə oyuna davam edir.
- Müdafiə komandası bu zaman hücum edən oyunçudan üç metr məsafədə və hakimlə bir sırada olmalıdır.
- Müdafiə olunan komanda rəqibin bir hücumu ərzində ardıcıl 5 dəfə rəqib oyunçunun lentini qoparsa - top müdafiə olunan komandaya keçir və bu komanda hücuma keçir.
- Topla hücum edən oyunçunun lentlərindən ən azı biri kənar müdaxiləsiz yerə düşərsə, həmin komandaya əlavə "Tag" hesablanır.
- Topla hücum edən oyunçu topu yalnız iki əl ilə saxlamalıdır. Bir il ilə saxlamaq qadağandır.
- Top oyunçunun əlindən irəli istiqamətdə yerə düşərsə - rəqib komandaya keçir.
- Oyunçuların bir birinə toxunması, itələməsi, zərbə endirməsi qəti qadağandır və buna görə hakim tərəfindən şifahi xəbərdarlıqla, sarı və ya qırmızı vərəqə ilə cəzalandırıla bilər.
- Topa sahib olan oyunçu lentini əli ilə qorumamalıdır, rəqibin lentə əl uzatması halda əli ilə və ya topla ona mane olmamalıdır. Rəqib tərəfindən lentin qoparılmasının qarşısı yalnız bədənin çevik hərəkətləri vasitəsi ilə alına bilər.
- Topa sahib olan oyunçunun lenti onun topu ötürməsi ilə eyni anda baş verərsə bu "Tag" sayılmır və oyun davam etdirilir.
- Topa sahib olan oyunçuların hücum zamanı və ya topu cəhd zonasında yerə qoyması zamanı yerə yıxılması və ya dizi üstə oturması qadağandır. Oyunçular oyun zamanı iki ayaq üstə olmalıdırlar.
- Tag-rugby oyununda topa ayaqla zərbə endirmək olmaz.

 Sualınızı verin