MƏHƏLLƏLƏR LİQASI

"Məhəllə tag-rugby" layihəsinin başlaması ilə Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məhəllələrində yaradılan məhəllə komandaları üçün turnirlərin keçirilməsi nəzərdə tutulur. Bununla da uşaq və yeniyetmələrin asudə vaxtının sağlam tərzdə keçirilməsinə təkan verməklə, məhəllələrdə potensial istedadlı və bacarıqlı uşaqların reqbi klublarına həmçinin yeniyetmələrdən ibarət milli yığma komandaya cəlb edilməsi təmin olunacaq. Layihənin gedişində əhatə olunan məhəllələrin sayı artdıqca yarışların keçirilməsi ilə bağlı qərar qəbul olunub, bu haqda məlumat paylaşılacaq.
Siz də məhəllənizin tag-rugby komandasının yaranmasını istəyirsinizsə, saytımızın ana səhifəsində müvafiq bölümdə bizə müraciət edin, birlikdə məhəllənizin komandasını yaradaq.

 Sualınızı verin